"Qəbələ" legionerini yola salır

13:39 - 4 May 2017

"Qəbələ" mövsümün əvvəlində Kiprin "Ermis" klubundan icarəyə götürdüyü Teo Uiksin transfer hüququna yiyələnməyəcək.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, komandaya gəldiyi ilk dönəmdə Avropa Liqasının təsnifat mərhələsinin qarşılaşmalarında vacib qollar vuraraq azarkeşlərin rəğbətini qazanan liberiyalı zaman keçdikcə formadan düşmüşdü. Bu səbəbdən Roman Qriqorçuk yarımmüdafiəçini növbəti mövsüm üçün planlaşdırdığı heyətdə düşünmür.

 

"Qəbələ" müqavilənin şərtinə görə, Uiksin transfer hüququna yiyələnə bilər, lakin "qırmızı-qaralar" 27 yaşlı futbolçu üçün "Ermis"ə müraciət etməyəcək.

 

Qeyd edək ki, Uiks "Qəbələ"nin heyətində ümumilikdə 32 oyun keçirib və 7 qol vurub.

Xəbər xətti