Amit Quluzadə AEL-dən ayrıldı

14:08 - 4 May 2017

Azərbaycan millisinin üzvü Amit Quluzadə qış transfer pəncərəsində müqavilə imzaladığı Yunanıstanın AEL klubundan ayırılıb.

 

Sportal.az-ın məlumatına görə, yanvarda Larissa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayan futbolçu bu gün sözləşməsinə xitam verib. 24 yaşlı yarımmüdafiəçi hazırda azad agent statusu daşıyır.

 

Qeyd edək ki, Amit Quluzadə AEL-in heyətində 4 oyun keçirmişdi.

Xəbər xətti