Buffon: "Həmin hadisədən sonra çox üzülmüşdüm"

15:02 - 4 May 2017

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında “Yuventus” səfərdə “Monako”ya 2:0 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra ÇL-də 100-cü matçını keçirən “Yuventus”un qapıçısı Canluici Buffon açıqlama verib.

 

“Qurtarışlarıma diqqət etmirəm. Önəmli olan komandanın qələbəsidir. Komandamın uğur qazanması üçün enerji sərf edirəm. “Qızıl top” mükafatını qazanmamaq problem deyil. Əsas odur ki, daim inkişaf edəsən. Komanda yoldaşlarımı, ailəmi və azarkeşlərimizi sevindirmək mənim üçün ən böyük uğurdur”.

 

Buffon oyunun sonlarında forma dəyişdirməyi sevdiyini bildirib:

 

“Rəqib oyunçu ilə forma dəyişməyi sevirəm. Gənc futbolçu olanda rəqib oyunçuların birindən forma dəyişdirməyi istəmişdim, amma rədd cavabı almışdım. Həqiqətən də çox üzülmüşdüm. Kim olduğunu deməyəcəm. Özümə söz verdim ki, böyük futbolçu olsam, belə etməyəcəm”.

Xəbər xətti