"Kəpəz"də "yarpaq tökümü"

“Kəpəz”də növbəti ayrılıq reallaşıb.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, Dario Federiko, Tadas Simaitis, Tural Axundov və Nicat Qurbanovun ardından daha iki futbolçunun Gəncə klubunun sıralarını tərk etdiyi dəqiqləşib.

 

Əldə etdiyimiz məlumata görə, Tural Qürbətovla Eyyub Əliyev də "sarı-göylər"dən ayrılıb.

 

Qeyd edək ki, 24 yaşlı hücumçu ötən mövsüm "Xəzər Lənkəran"dan ayrılaraq "Kəpəz"ə keçmişdi. Qürbətov Gəncə klubunda 17 oyuna 1 qol vurub.

 

Eyyub Əliyev isə iki mövsümdür ki, "Kəpəz"də çıxış edirdi.

Tarix: 4 May [15:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 May 2017
28  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio