Norveç – Azərbaycan matçının yeri dəqiqləşdi

18:08 - 4 May 2017

DÇ-2018-in seçmə mərhələsinin Norveç - Azərbaycan oyununun yeri və başlama saatı dəqiqləşib.

 

Sportal.az xəbər verir ki, millimizin sentyabrın 1-də keçiriləcək səfər görüşü Oslodakı 28 min tamaşaçı tutumuna malik “Ullevol” stadionunda baş tutacaq.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 22:45 başlayacaq.

Xəbər xətti