"Qəbələ"də iki ciddi itki

18:45 - 4 May 2017

Azərbaycan kubokunun finalında "Qarabağ"la qarşılaşacaq "Qəbələ" oyuna iki itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, "qırmızı qaralar"ın hücumçusu Daniel Subotiç zədə səbəbindən həlledici matçı buraxacaq.

 

Həmçinin uzun müddətdir ki, yaşıl meydanlardan uzaq qalan Vitali Vernidub da sabah meydana çıxmayacaq. Ukraynalı müdafiəçi fərdi məşqlərə başlasa da tam hazır deyil.

 

Qeyd edək ki, Naxçıvan şəhər stadionunda keçiriləcək qarşılaşma sabah saat 16:00-da başlayacaq.

Xəbər xətti