Azərbaycan kubokunun finalı rəqəmlərin gözü ilə

Mayın 5-də Azərbaycan kubokunun final oyunu keçiriləcək. Naxçıvanda baş tutacaq “Qarabağ” – “Qəbələ” oyunu ilə 2016-2017-ci illər mövsümünə yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi internet saytı həlledici matçın iştirakçılarının ölkə kubokundakı əvvəlki oyunlarının balansını təqdim edir.


Azərbaycan kuboku
Final
5 may

 

“Qarabağ” – “Qəbələ” – 6 oyun, +0=5-1, top fərqi 4-5


Komandaların yolları indiyədək 3 dəfə kəsişib. Bu üç duel çərçivəsində 6 qarşılaşma baş tutub. Matçlardan 5-də heç-heçə qeydə alınıb. Qalibin müəyyənləşdiyi yeganə matçda “Qəbələ” qalib gəlib. Ümumilikdə isə 3 dueldən ikisində “Qarabağ”, birində “Qəbələ” mərhələ adlayıb.
 
2011/12    1/4 final    Qəbələ - Qarabağ (Ağdam)    2:2, 0:0
2012/13    1/4 final    Qəbələ - Qarabağ (Ağdam)    1:1, 0:0
2013/14    1/4 final    Qəbələ - Qarabağ (Ağdam)    0:0, 2:1

 

Tarix: 4 May [19:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Noyabr 2017
20  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio