"Sumqayıt" "Neftçi"nin futbolçusunu transfer etdi

20:34 - 4 May 2017

Azərbaycan millisinin sabiq üzvü Cavid İmamverdiyev “Neftçi”ni tərk edib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını “Sumqayıt”da davam etdirəcək. O, “gənclik şəhəri” təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, İmamverdiyev 2010-cu ildən “Neftçi”də çıxış edirdi. O, 2014/14 mövsümündə icarə əsasında “Elazığspor”da forma geyinmişdi.

Xəbər xətti