"Qarabağ" "Qızıl dubl" etdi YENİLƏNİB

17:55 - 5 May 2017

Bu gün Azərbaycan kubokunda 2016/2017 mövsümünün final oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, həlledici görüşdə “Qarabağ”la “Qəbələ” üz-üzə gəlib.

 

Kubokun final qarşılaşması ilk dəfə olaraq Naxçıvanda oynanılıb.

 

Ardıcıl 4 ildir ölkə çempionu olan “Qarabağ” “qızıl dubl” edib. Qurban Qurbanovun komandası "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edərək ölkə kubokunu qazanıb.

 

"Qarabağ" Azərbaycan futbolunda yeni tarix yazıb. Belə ki, heç bir klub indiyədək nə ardıcıl üç dəfə ölkə kubokunu qazanıb, nə də üç mövsüm “qızıl dubl” edib.


5 may

Azərbaycan kuboku

Final

 

16:00 “Qarabağ” – “Qəbələ” 2 - 0

Qollar: Mahir Mədətov, 52, Urfan Abbasov, 68 (avtoqol)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Namiq Hüseynov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Əli Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
Naxçıvan Muxtar Respublika stadionu

 

Xəbər xətti