Kubokun final görüşündə anşlaq olacaq

10:45 - 5 May 2017

Bu gün Azərbaycan kubokunun final oyunu keçiriləcək.

 

Sportal.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu “Qarabağ” və gümüş mükafatçı “Qəbələ” üz-üzə gələcək. Naxçıvan şəhər stadionunda keçiriləcək görüşdə anşlaq olması gözlənilir. Əldə etdiyimiz məlumata görə, bu gün səhərə kimi 9 min bilet satılıb.

 

Xatırladaq ki, şəhər stadionu 13800 tamaşaçı tutumuna malikdi. Qarşılaşma saat 16:00-da start götürəcək.

Xəbər xətti