Roman Qriqorçuk: "Bunun oyuna təsir edəcəyini düşünmürəm"

11:03 - 5 May 2017

"Naxçıvan şəhər stadionunun ot örtüyü yaxşı görünür. Ciddi problem olduğunu, oyuna təsir edəcəyini düşünmürəm".

 

Sportal.az xəbər verir ki, bu sözlər "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuka məxsusdur.

 

"Qırmızı-qaralar" Azərbaycan kubokunun final mərhələsi çərçivəsində "Qarabağ"la qarşılaşacaq. Naxçıvanda keçiriləcək oyundan öncə saytımıza açıqlama verən ukraynalı çalışdırıcı fikirlərini bildirib. 

 

O, oyuna hazır olduqlarını deyib: "Sonuncu çempionat oyununda əsas heyətə ona görə şans vermədim ki, zədələr ola bilərdi. Deyə bilərəm ki, oyuna tam hazırıq və ümid edirəm ki, qələbə qazanan tərəf olacağıq". 

 

Qriqorçuk ilk dəfədi səyahət etdiyi Naxçıvan şəhərini tərifləyib: "Naxçıvan çox yaxşı şəhərdi. Hər şəhərdə belə şəraitə rast gəlmək olmur".

Xəbər xətti