Rəşad Sadıqov: "Hamı istirahətə gedir, mən isə o oyuna hazırlaşacam" MÜSAHİBƏ

19:12 - 5 May 2017

Bu gün Naxçıvan şəhər stadionunda Azərbaycan Kubokunun final mərhələsi çərçivəsində  “Qarabağ” – “Qəbələ” matçı keçirilib.
 
Sportal.az-ın məlumatına görə, matç “Qarabağ”ın 2:0 hesablı qələbəsilə başa çatıb. Oyundan sonra “Qarabağ”ın kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

 

 

- Mənim üçün çox xoş oldu. Karyeramın sonları üçün yaxşı uğurdu. Sözün düzü, oyundan əvvəl uduzacağımızı düşünürdüm. İlk hissə çox gərgin oldu. 2-ci hissə də isə komandamız daha yaxşı çıxış etdi və qalib gəldik.

 

- Zədəniz nə yerdədir?
- Dizim burxuldu. Sabah yoxlanılacaq.

 

- Mövsümü necə dəyərləndirirsiniz?
- Oyunumuzda problemlər çox oldu. Məsələn ötən mövsüm çempionatın gedişində 2-3 oyunda problem yaşayırdıqsa, bu il tam fərqli oldu. Bəlkə də 10 oyunda problem yaşadıq. Çox itkilərimiz oldu. Heyətdə milli üzvləri də çox idi. Amma son 5-6 oyunda yaxşı oynadıq. Son oyunlarda özümüzə bənzəməyə başladıq.

 

- Baş məşqçi kimi U-19 komandası ilə də qızıl medala yaxınsınız...
- Görək nə olur. 5 gündən sonra Qəbələdə yerli komanda ilə derbi oyuna çıxacağıq. Hamı istirahətə gedir, mən isə o oyuna hazırlaşacam (gülür).

Xəbər xətti