"Neftçi"dən ayrıldı, ÇSKA-ya üz tutdu

21:40 - 5 May 2017

“Neftçi”də ayrılıq baş verib.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, komandanın aşağı yaş qruplarında qapıçı məşqçisi kimi çalışan Emil Babayev paytaxt klubundan ayrılıb. Mütəxəssis karyerasını Rusiyada davam etdirəcək. Babayev Moskvanın ÇSKA klubunun aşağı yaş qruplarında qapıçı məşqçi kimi çalışacaq.

 

Qeyd edək ki, Emil Babayev ölkəmizdə “Neftçi” ilə yanaşı “Rəvan” və “Simurq” klublarında da çalışıb.

Xəbər xətti