Avropa Liqasında həftənin ən yaxşı futbolçusu məlum oldu

00:02 - 6 May 2017

UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusunun adını elan edib.

 

Sportal.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Ayaks"ın hücumçusu Bertrand Traore ən yaxşı oyunçu seçilib. O, səslərin 90 faizini toplayıb. Digər namizəd Pol Poqba ("Mançester Yunayted") isə 10 faiz səs yığıb.

 

Qeyd edək ki, Traore Avroliqanın yarımfinalında "Lion"a qarşı matçda dubla imza atıb və 1 qolun ötürməsini verib.

Xəbər xətti