Sportal.az-ın xəbəri təsdiqləndi: Millimizin üzvü "Sumqayıt"da

00:19 - 6 May 2017

"Sumqayıt" 2016/2017 mövsümü üçün növbəti transferini həyata keçirib.

 

Sportal.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi son olaraq, AZAL-da çıxış etmiş Kamal Mirzəyevi heyətinə qatıb. 22 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalayıb. 

 

Qeyd edək ki, Kamal klub olaraq AZAL-la "Qəbələ"də çıxış edib və Azərbaycanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.

 

Kamal Mirzəyevin "Sumqayıt"a keçidi haqda ilk olaraq Sportal.az saytı məlumat vermişdi (http://sportal.az/news/84707).

Xəbər xətti