Budaq Nəsirov "Benfika"ya qarşı oynadı

11:52 - 6 May 2017

Portuqaliya Sequndasında 40-cı turun oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, 21 yaşlılardan ibarət milli komandamızın futbolçusu Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası da növbəti matçına çıxıb. 

 

Lissabon təmsilçisi doğma meydanında "Benfika"nın B komandasının qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. "Sportinq" oyunda iki dəfə irəli çıxsa da üstünlüyünü qoruya bilməyib.

 

Budaq Nəsirov matçın son 82-ci dəqisəsində, matçda hesab 2:2 olarkən meydana daxil olub.

 

Qeyd edək ki, bu, Nəsirovun "Sportinq"in heyətində 19-cu oyunu olub. Geridə qalan oyunlarda onun aktivində 1 qol var.

Xəbər xətti