Millimizin üzvü "Bavariya"ya qol vurdu

19:16 - 6 May 2017

Almaniya Cənub Gənclər Bundesliqasında XXVI turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Ayntraxt U-19" doğma meydanda çempionatın lideri "Bavariya U-19"la qarşılaşıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Startdan meydanda olan Dadaşov 34-cü dəqiqədə qolla vurduğu qolla qələbəyə töhfə verib.

 

Qeyd edək ki, bu oyundan sonra xallarının sayını 36-a çatdıran "Ayntraxt" turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib.

Xəbər xətti