Ramil Şeydayev "Jilina"ya qələbə qazandırdı

00:04 - 7 May 2017

Azərbaycan millisinin üzvü Ramil Şeydayev “Jilina”nın heyətində növbəti qolunu vurub.

 

Sportal.az xəbər verir ki, gənc hücumçunun qolu Slovakiya çempionatının XXX turunda “Mixalovtse” ilə görüşə təsadüf edib. Matça ehtiyat oyunçular skamiyasında başlayan forvard 74-cü dəqiqədə meydana daxil olub və bundan 10 dəqiqə sonra fərqlənib. Ramilin qolu matçda ilk və sonuncu olub.

 

Qeyd edək ki, bu, Ramilin “Jilina”nın heyətində rəsmi oyunlarda vurduğu 3-cü qol olub. 

Xəbər xətti