Emin Mahmudov üçün 45 dəqiqə

00:17 - 7 May 2017

Portuqaliya Premyer Liqasında XXXII tura start verilib.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Emin Mahmudovun komandası “Boavişta” da növbəti oyununu keçirib.

 

“Damalılar” “Nasional”ı qəbul edib. Tərəflər hərəyə iki dəfə fərqlənsələr də, matçda qalib müəyyənləşməyib. Emin matça start heyətində başlayıb və ilk hissə başa çatdıqdan sonra əvəzlənib.

 

Qeyd edək ki, 32 oyundan sonra aktivində 36 xal olan “Boavişta” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbər xətti