Vüqar Əsgərov Latviyada qol vurdu, zədələndi

11:01 - 7 May 2017

Latviya birinci liqasında 4-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası olan "Olayne" doğma meydanda "Stayçeles Bebri" ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:1.

 

Matça start heyətdə başlayan Vüqar 32-ci dəqiqədə komandasının bərabərlik qoluna imza atıb. Amma elə həmin dəqiqədə zədələn Əsgərov əvəzlənib.

 

"Olayne" 4 turdan sonra 9 xalla 14 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti