Əzizovlu "Den Boş" mövsümü qələbəylə başa vurdu

12:56 - 7 May 2017

Hollandiya 2-ci liqasında sonuncu - 38-ci turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, gənclərdən ibarət millimizin üzvü Ziya Əzizovun komandası “Den Boş” doğma meydanda “Dordrext”lə qarşılaşıb və 1:0 hesabı ilə qələbə qazanıb. Matça start heyətində başlayan Ziya oyunu əvəzolunmadan başa vurub.

 

38 oyundan sonra aktivində 45 xal olan “Den Boş” çempionatı 20 komanda arasında 14-cü pillədə başa vurub.

Xəbər xətti