Millimizin üzvü klubundan ayrılır

14:45 - 7 May 2017

Azərbaycan millisinin üzvü Dəniz Yılmaz klubunu dəyişmək üzrədir.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu ötən ildən çıxış etdiiyi “Bursaspor”dan ayrılacaq.

 

Türkiyə mətbuatının yaydığı xəbərə görə, son oyunlarda heyətdən kənarda qalan Yılmaz özü komandanı tərk etmək istəyir. İddialara görə, Dəniz mövsüm başa çatdıqdan sonra “yaşıl timsahlar”ı tərk edən ilk futbolçu olacaq.

 

Qeyd edək ki, bu mövsm klubun heyətində 19 oyuna 4 qol vuran Yılmazın müqaviləsi 2019-cu ilin yayında başa çatacaq.

Xəbər xətti