Nazarovlu "Aue" darmadağın oldu

18:02 - 7 May 2017

Almaniya II bundesliqasında XXXII turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Dimitri Nazarovun formasını geyindiyi “Aue” səfərdə lider “Ştuttqart”la üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü bu oyuna start heyətində başlayıb və 84-cü dəqiqədə yerini Soren Bertrama verib.

 

Bu qələbədən sonra xallarının sayını 66-a çatdıran “Ştuttqart” əsas Bundesliqaya vəsiqəni təmin edib. “Aue” isə 36 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti