"Kadis" Eddi İsrafilova ehtiyac duymur

00:57 - 8 May 2017

İspaniya ikinci liqasında 37-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Kadis" doğma meydanda "Ximnastik"lə qarşılaşıb və bu görüşdən heç-heçə ilə ayrılıb - 0:0.

 

İsrafilov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

"Kadis" 37 turdan sonra 58 xalla 22 klub arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti