Dəniz Yılmaz qovuldu

10:38 - 8 May 2017

“Bursaspor”da forma geyinən millimizin futbolçusu Dəniz Yılmazın son oyunlarda iştirak etməməsinin səbəbi məlum olub.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu və bir neçə təcrübəli oyunçu yeni baş məşqçi Adnan Örnək tərəfindən əsas komandadan uzaqlaşdırılıb. Həmin futbolçuların mövsümün sonunda “yaşıl timsahlar”dan ayrılacağı gözlənilir.

 

Baş məşqçi özü də “Rizəspor”a böyükhesablı (6:0) məğlubiyyətdən sonra çempionatın son oyunlarında gənc oyunçulara şans verəcəyini bildirib: “Təcrübəli futbolçular meydana çıxıb oynamayacaqlarsa, gənclərə şans verəcəm. Ən azından şərəflə oynayıb, şərəflə məğlub olacaqlar”.

 

Qeyd edək ki, Dəniz Yılmaz bu mövsüm “Bursaspor”un heyətində 4 qol vurub.

Xəbər xətti