"Prosineçki peşəkar deyildi, günə 40 ədəd siqaret çəkirdi"

10:51 - 8 May 2017

İngiltərə millisinin sabiq üzvü, hazırda “Stok Siti”nin formasını geyinən Piter Krauç millimizin baş məşqçisi Robert Prosineçki haqda maraqlı fikirlər səsləndirib.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı ucaboy hücumçu 2001/02 mövsümündə “Portsmut”da birgə oynadığı Robert Prosineçkinin yaxşı futbol oynadığını, lakin siqaret aludəçisi olduğunu deyib:

 

“Robert Prosineçki nadir hallarda dünyaya gələn futbol ustalarından biri idi. Ancaq o, heç də peşəkar insan deyildi. Robertin ən böyük dərdi siqaret idi. O, gün ərzində 2 qutu, təxminən 40 ədəd siqaret çəkirdi. Əslində, siqaret çəkmək qadağan idi. Buna baxmayaraq, Prosineçki bütün futbolçulardan üstün olduğunu sübut edirdi”.

 

Qeyd edək ki, karyerası ərzində “Real”, “Sevilya” və “Barselona” kimi komandalarda oynayan Prosineçki “Portsmut”un heyətində 33 oyun keçirib və 9 qol vurmağı bacarmışdı. Prosineçki 2006-ci ildə “Savski”nin heyətində futbolçu karyerasını başa vurmuşdu. 

Xəbər xətti