Millimizin futbolçusunun klubuna növbəti basqın

11:54 - 8 May 2017

Millimizin futbolçusu Dəniz Yılmazın formasını geyindiyi "Bursaspor" klubu azarkeşləri tərəfindən növbəti hücuma məruz qalıb. 

 

Sportal.az xəbər verir ki, bu, Super Liqanın XXX turunda səfərdə "Rizəspor"a biabırçı məğlubiyyətdən (0:6) sonra baş verib. Belə ki, azarkeşlər ardıcıl böyükhesablı məğlubiyyətlərin ardından klubun avtobusunu Bursa - Yenişəhər Biləcik yolunda daşa basıblar. Hücum nəticəsində avtobusa ciddi ziyan dəydiyi bildirilir. Futbolçulardan isə xəsarət alan olmayıb. 

 

Qeyd edək ki, millimizin futbolçusu əsas heyətdən uzaqlaşdırıldığı üçün Rizə səfərinə aparılmayıb.

Xəbər xətti