Sançes üçün 65 milyon avroluq təklif

12:45 - 8 May 2017

“Arsenal”ın hücumçusu Aleksis Sançes Avropanın nəhəng klublarının transfer hədəfindədir.

 

Sportal.az xəbər verir ki, çilili futbolçunu “Bavariya” heyətində görmək istəyir. Münhen təmsilçisi 28 yaşlı futbolçunun transferi üçün 65 milyon avrosundan keçməyə hazırdır. “Bavariya” Sançesə illik 14 milyon avroluq maaş təklif etməyi planlaşdırır.

 

Aleksislə Fransanın PSJ klubu da maraqlanır.

 

Qeyd edək ki, Sançes bu mövsüm Premyer Liqada 32 oyun keçirib və 19 qol, 9 assistlə yadda qalıb. Çili millisinin üzvünün "topçular"la müqaviləsi 2019-cu ilin yayında bitəcək.

Xəbər xətti