Şeydayev əvəzedici heyətdə qol vurdu

12:58 - 8 May 2017

Millimizin üzvü Ramil Şeydayev Slovakiyanın "Jilina" klubunda növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Şeydayev bu dəfə "Jilina"nın B komandasının heyətində ikinci liqa matçında meydanda olub.

 

Gənc hücumçu 6-cı turun "Liptovski Mikulas"la ev matçında (4:2) fərqlənib. 67 dəqiqə meydanda olan gənc hücumçu 47-ci dəqiqədə komandasının 3-cü qoluna imza atıb. Şeydayev br gün öncə "Jilina"nın əsas komandasında da qol vurmuşdu.

 

Qeyd edək ki, "Jilina B" hazırda 12 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti