"Kəpəz" üç futbolçu ilə yeni müqavilə imzaladı

13:26 - 8 May 2017

Transfer çalışmalarını davam etdirən “Kəpəz” son mövsümdə komandanın heyətində çıxış etmiş daha 3 futbolçu ilə yeni anlaşma əldə edib.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçilər Vüqar Bəybalayev, Ceyhun Cavadov və hücumçu Tural Rzayev ilə müqavilə uzadılıb. Onlar gələn mövsümdə də “sarı-göylər”in şərəfini qoruyacaqlar. 

 

Gəncə klubu Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, Kərim Diniyev və Orxan Əliyevlə də müqaviləni 1 illik uzadıb.

Xəbər xətti