"Qarabağ"ın maraqlandığı futbolçu Bakıda

14:53 - 8 May 2017

"Qarabağ"ın maraq dairəsində olan "Gənclərbirliyi"nin futbolçusu Tokelo Rantie Bakıya gəlib.

 

Sportal.az xəbər verir ki, CAR millisinin üzvünün paytaxtımızda çəkilən fotosu sosial şəbəkədə paylaşılıb.

 

Ancaq saytımıza açıqlama verən Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl məsələdən xəbərsiz olduğunu deyib. Klub rəsmisi Rantienin Bakıya "Qarabağ"ın təklifi ilə gəlmədiyini vurğulayıb.

 

Qeyd edək ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov 26 yaşlı forvardla maraqlandıqlarını bildirmişdi.

Xəbər xətti