"Sumqayıt"ın ev oyunlarını 19 872 azarkeş izləyib

15:58 - 8 May 2017

Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümü arxada qaldı.

 

Sportal.az xəbər verir ki, 28 turluq marafonun sonunda "Sumqayıt" 35 xalla çempionatı 6-cı pillədə bitirdi.

 

"Sumqayıt" arxada qalan mövsümün 14 qarşılaşmasını doğma meydanda "Kapital Bank Arena"da keçirib. Komandanın ev oyunlarını 14 tur ərzində ümumilikdə 19 872 azarkeş izləyib.

 

Qeyd edək ki, "Kapital Bank Arena"nın azarkeş tutumu 1326 nəfərlikdi. 

Xəbər xətti