Balotelli İspaniya klubunun hədəfində

19:10 - 8 May 2017

“Nitsa”nın hücumçusu Mario Balotelli karyerasını İspaniyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, La Liqada mübarizə aparan “Las Palmas” klubu italiyalı futbolçunu heyətinə cəlb etmək istəyir. Forvard Fransa klubu ilə müqaviləni  yeniləməsə, mövsümün sonunda azad agent olacaq.

 

“Las Palmas” oyunçuya 1 illik müqavilə təklif edir. Qarşılıqlı razılıq əsasında bu müddət daha da artırıla bilər.

 

Xatırladaq ki, Balotelli bu mövsüm “Nitsa”nın heyətində 22 oyun keçirib və 15 qol vurub.

Xəbər xətti