Millimiz Kamerunla heç-heçə etdi

00:04 - 9 May 2017

IV İslam Həmrəyliyi Oyunlarına bu gün Bakıda keçirilən futbol yarışları ilə start verilib.

 

Sportal.az xəbər verir ki, A qrupunda yer Azərbaycan milli komandası ilk görüşdə Kamerun yığması ilə üz-üzə gəlib. "Bayıl Arena"da keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

 

Qeyd edək ki, millimizin yer aldığı A qrupunun digər matçında Səudiyyə Ərəzbistanı yığması Mərakeşi 1 - 0 hesabı ilə məğlub edib.

Xəbər xətti