Premyer Liqanı tərk edən 2-ci komanda məlum oldu

10:26 - 9 May 2017

İngiltərə Premyer Liqasını tərk edən növbəti komandanın adı məlum olub.

 

Sportal.az xəbər verir ki, 36-cı turda "Çelsi"yə 0:3 hesabı ilə uduzan "Midlsbro" Premyer Liqa ilə vidalaşıb. 36 turdan sonra 28 xalla turnir cədvəlinin  19-cu pilləsində qərarlaşan "Midlsbro" sona iki tur qalmış 17-ci pillədə olan "Suonsi"dən 7 xal geridə qalır.

 

Xatırladaq ki, "Sanderlend" də Premyer Liqanı tərk edib.

Xəbər xətti