"Sumqayıt"ın təklifi rədd edildi

12:26 - 9 May 2017

"Sumqayıt" mövsümün əvvəlində "Neftçi"də 1 illik icarəyə götürdüyü Mirabdulla Abbasovu yenidən heyətinə qatmaq istəyib.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu "Gənclik şəhəri" təmsilçisinin təklifini qəbul etməyib. "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev 22 yaşlı hücumçunu növbəti mövsüm üçün sərəncamında görmək istəyir.

 

Qeyd edək ki, Mirabdulla Abbasov bu mövsüm "Sumqayıt"ın heyətində Premyer Liqa oyunlarında 8 qol vurub.

Xəbər xətti