"Real" "Atletiko"nun futbolçusunu transfer etdi

Madrid “Real”ı transfer çalışmalarına start verib.

 

Sportal.az xəbər verir ki, “kral klubu” ilk transferini həll edib. İspaniya nəhəngi müqavilə “Atletiko”ya məxsus olan Teo Hernandesi heyətinə qatıb. 19 yaşlı müdafiəçinin transferi “Real”a 30 milyon avroya başa gələcək.

 

Hernandes artıq yeni klubu üçün tibbi müayinədən də keçib. Bu barədə məlumatı “Alaves”in prezidenti Alfonso Fernandes verib. Hernandes Madrid klubunda illik qazancı 3,5 milyon avro olacaq. Sol cinah müdafiəçisinin transferindən sonra “Real”ın Fabio Koentrau ilə yolları ayıracaq.

 

Bu transferin həllindən sonra "Atletiko" azarkeşləri sosial şəbəkələrdə futbolçuya təzyiq ediblər. Hernandesin "Atletiko"nu "Real"a dəyişməsini azarkeşlər həzm edə bilmirlər.

 

Qeyd edək ki, Madrid “Atletiko”su Hernandesi “Alaves”ə icarəyə vermişdi. Gənc müdafiəçi “Alaves”də 36 oyuna 1 qol vurub və 4 məhsuldar ötürmə edib. 

Tarix: 9 May [13:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Avqust 2017
19  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio