"Barselona" Arda Turanı 25 milyon avroya satır

14:48 - 9 May 2017

Arda Turan mövsümün sonunda “Barselona”dan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb. Məlumata görə Kataloniya klubu Ardanı 25 milyon avroya satmağa hazırdır. “Barselona” türkiyəli futbolçunun əvəzinə başqa yarımmüdafiəçi transfer etmək niyyətindədir.

 

Məlumata görə, futbolçunun agenti Ahmet Bulut İtaliya “İnter”i və İngiltərənin “Arsenal” klubları ilə danışıqlar aparır.

 

Qeyd edək ki, Ardanın “Barselona” ilə müqaviləsi 2020-ci ilə qədərdir.

 

Arda Turan bu mövsüm “Barselona”nın heyətində ümumilikdə 26 oyun keçirib və 11 qol, 4 assistlə yadda qalıb.

Xəbər xətti