"Çelsi"dən tarixi qələbə

17:15 - 9 May 2017

"Çelsi" İngiltərə Premyer Liqasının 35-ci turu çərçivəsində doğma meydanda "Midlsbro"nu 3 - 0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, bu qələbə London təmsilçisi üçün xüsusi önəm kəsb edib. Belə ki, "zadəganlar" doğma meydanda 300-cü qələbəsini qazanıb.

 

Qeyd edək ki, bu göstəricidə liderlik "Mançester Yunayted"ə məxsusdu. "Qırmızı şeytanlar" evdə 347dəfə sevinib. “Arsenal” isə 306 qələbə ilə ikinci sıradadı

Xəbər xətti