Çempionlar Liqasında ilk finalçı müəyyənləşdi VİDEO

00:42 - 10 May 2017

Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında "Yuventus" doğma meydanda "Monako"nu qəbul edib. Qarşılaşma turin təmsilçisinin 2 - 1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, bu komandalar arasında İtaliyada baş tutan görüş "Yuventus"un 2 - 0 hesablı qələbəsi ilə başa çatdığı üçün "qoca sinyora" finala vəsiqə qazanıb.

 

"Yuventus" - "Monako" 2:1

QOLLAR: Mario Mandzukiç, 33, Daniel Alves, 45 - Kilian Mbappe, 69

 

 

Xəbər xətti