"Liverpul"da mövsümün ən yaxşı futbolçusu məlum oldu

10:10 - 10 May 2017

“Liverpul”un heyətində cari mövsümün ən yaxşı futbolçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə əsasən mövsümün əvvəlində "Sauthempton"dan transfer edilən Sadio Mane ən yaxşı seçilib.

 

25 yaşlı futbolçu bu mövsüm 29 oyuna 13 qol vurub və 8 məhsuldar ötürmə edib.

 

“Liverpul” azarkeşləri mövsümün ən yaxşı qolu nominasyiasında Əmrə Canın “Uotford”un qapısına vurduğu seçiblər.

Xəbər xətti