"İnter" baş məşqçisini qovdu

11:15 - 10 May 2017

İtaliya A Seriyasında növbəti baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, Milanın "İnter" klubu baş məşqçisi Stefano Pioli ilə yollarını ayırıb. Klub rəhbərliyi iclas keçirib və son 7 oyunda qələbə qazana bilməyən komandada baş məşqçinin qovulmasına qərar verib.

 

Klubun rəsmi saytında yer alan xəbərə görə, komanda çempionatın son 3 oyununa aşağı yaş qruplarının məşqçisi Stefano Veççinin rəhbərliyi altında çıxacaq.

 

Qeyd edək ki, "İnter" A Seriyasının turnir cədvəlində 35 turdan sonra 56 xalla 7-ci pilləsində qərarlaşıb.

Xəbər xətti