"Kəpəz"dən ilk transfer

12:54 - 10 May 2017

“Kəpəz” klubu ilk transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər”  “Sumqayıt”dan ayrılan Kamran Abdullazadəni rənglərinə bağlayıb. Yarımmüdafiəçi Gəncə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

 

22 yaşlı futbolçu cari mövsümdə "Gənclik şəhəri" təmsilçisinin heyətində 12 oyun keçirib.

 

Qeyd edək ki, Abdullazadə “Xəzər Lənkəran”ın yetirməsidir.

Xəbər xətti