Jardim: "Turniri başıuca tərk edirik"

13:27 - 10 May 2017

"Monako" Çempionlar Liqasının yarımfinal mərhələsində iki oyunun nəticəsinə görə, "Yuventus"a uduzaraq (1:2 / 0:2) mübarizəni dayandırıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Knyazlıq klubunun çalışdırıcısı Leonardo Jardim turnirdəki çıxışlarından danışıb:

 

“Turnirdə yaxşı çıxış etdik. Yarımfinala qədər gəlməyimiz yaxşı uğurdu. "Yuventus" təcrübəli komandadır. Bizim heyətimizdə isə daha çox gənc futbolçular yer alıb. Oyunçularımızla fəxr edirik, belə rəqibə qarşı yaxşı oyun sərgilədilər. Turniri başıuca tərk edirik. Bundan sonra bütün diqqətimizi çempionata cəmləməliyik”.

 

Xəbər xətti