FİFA araşdırmalara başladı - Poqbanın transferi ilə bağlı

13:43 - 10 May 2017

FİFA ötən yay “Yuventus”dan “Mançester Yunayted”ə keçməklə futbol tarixinin ən bahalı transferi adına yiyələnən Pol Poqbanın keçidi ilə bağlı araşdırmalara başlayıb.

 

Sportal.az xəbər verir ki, FİFA bu transferdə qanunsuzluğun baş verib-verməməsi haqda "qırmızı şeytanlar"dan izahat tələb edib. Bu transfer haqda Bəhreynin paytaxtı Manamada keçirilən FİFA-nın illik hesabatında müzakirə edilib.

 

Pol Poqba 2016-cı ilin yayında 105,2 milyon avro qarşılığında "Manchester United"ə transfer olunub. Hələlik dünyanın ali futbol qurumunun transferin hansı bəndini araşdırdığı məlum deyil.

 

Qeyd edək ki, Poqba bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 29 oyun keçirib və 4 qol vurmağa nail olub.

Xəbər xətti