"Borussiya" Tuxeli göndərir?

13:58 - 10 May 2017

Bu mövsüm Bundesliqada uğurlu çıxış edə bilməyən “Borussiya” (Dortmund) baş məşqçisi Tomas Tuxellə yolları ayıra bilər.

 

Sportal.az xəbər verir ki, mövsümün əvvəlində çempionlu uğrunda mübarizə aparmağı hədəf qoyan Dortmund klubu gözlənilən kimi çıxış edə bilməyib.

 

Bundesliqa klubu artıq baş məşqçi axtarışına da çıxıb. Komanda Fransa I Liqasında uğurlu çıxış edən “Nitsa”nın baş məşqçisi Lusien Favreni baş məşqçi postuna gətirmək üçün ilkin danışıqlar aparıb. Lakin 59 yaşlı mütəxəssis Dortmund klubunun təklinə müsbət cavab verməyib. 

 

Qeyd edək ki, Tuxel 2015-ci ildə “Borussiya”nı çalışdırır.

Xəbər xətti