"Kəpəz"dən 3 rəsmi transfer

16:19 - 10 May 2017

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətinə yeni futbolçular cəlb edib.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər” 3 oyunçu ilə gücləniblər. Bunlar müdafiəçi İlyas Səfərzadə, yarımmüdafiəçi Kamran Abdullazadə və hücumçu İlkin Sadıqovdu. Hər 3 futbolçu ilə 1 illik müqavilə bağlanılıb. 

 

“Kəpəz” bundan öncə öz futbolçuları ilə yeni sözləşmə bağlamışdı. Belə ki, Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, Kərim Diniyev, Orxan Əliyev, Vüqar Bəybalayev, Ceyhun Cavadov və Tural Rzayevin müqaviləsinin müddəti artırılmışdı.

 

Qeyd edək ki, Gəncə təmsilçisi əvəzində Tural Axundov, Dario Frederiko, Nicat Qurbanov, Tural Qürbətov, Eyyub Əliyev və Tural Nərimanovla yolları ayırıb.

Xəbər xətti