"Kəpəz"in yeni transferi: "Bunu sübut etmək istəyirəm"

17:13 - 10 May 2017

"Düşüncələrim odu ki, yeni komandamda özümü sübut etməyə çalışacam. Həm özümü sübut etmək, həm "Kəpəz"ə xeyir vermək, həm də azarkeşləri sevindirmək istəyirəm".

 

Bu fikirləri Sportal.az-a verdiyi açıqlamada "Kəpəz"in yeni transferi Kamran Abdullazadə səsləndirib.

 

Gənc yarımmüdafiəçi yeni komandasında əsas məqsədinin heyətə düşmək olduğunu bildirb. 23 yaşlı futbolçu "Kəpəz"də uğurlu olacağına inandığını deyib:

 

"Mənim işim futbol oynamaqdı. Əgər güclüyəmsə, oynayacam. Mən də bunu sübut etmək istəyirəm. Şahin Diniyevi xeyli müddətdi tanıyıram. Necə məşqçi olduğunu bilirəm. Əsas məqsədim öz üzərimdə işləyib, heyətə düşməkdi. 2 il "Xəzər Lənkəran"da oynadım. Hər şey qaydasında idi. Bu mövsüm "Sumqayıt"da problemlə üzləşdim. "Kəpəz"də hər şeyin yaxşı olacağına inanıram".

Xəbər xətti