"Mançester Yunayted"in yeni mövsüm formaları FOTO

18:15 - 10 May 2017

"Mançester Yunayted" 2017/2018-ci il mövsümündə səfər matçlarında geyəcəyi formaları rəsmən təqdim edib və satışına başlayıb.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın səfər forması qara rəngdə olacaq. Qara rəngli formalar 1992-ci ildə komandanın çempionluğunu qeyd edərkən Rayan Giqqzin geydiyi xüsusi formaya uyğun şəkildə hazırlanıb.

 

Qeyd edək ki, "Mançester Yunayted" yeni formalardan ilk dəfə Amerikada baş tutacaq təlim-məşq toplanışı zamanı istifadə edəcək.

 

Xəbər xətti