Özil: "Rəhbərliklə görüşdən sonra qərar qəbul edəcəyik"

00:55 - 11 May 2017

“Arsenal”ın ulduz futbolçusu Məsut Özil mövsümün sonunda komandadan ayrılacağı barədə xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, Özil bütün suallara mövsümün sonunda aydınlıq gələcəyini söyləyib:

 

“Mən “Arsenal”da xoşbəxtəm. Müqaviləni uzatmaqla bağlı klub rəhbərliyilə görüşüb, qərar qəbul edəcəyik. Bu barədə çox düşünmürəm və narahat deyiləm. Əsas hədəfimiz Premyer Liqanı ilk dörd pillədə başa vurmaqdır”.

 

Özil bu mövsüm 29 oyundan sonra 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

 

28 yaşlı yarımmüdafiəçi 2013-cü ildən "topçular"da çıxış edir.

Xəbər xətti